“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Müəllimlər günü münasibətilə təbrik

30/10/2025, 12:22
xeber1


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası,Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının dəstəyi ilə

5 oktyabr – dünyada biliyin, zəkanın və əsl fədakarlığın simvolu olan-MÜƏLLİMLƏR GÜNÜ qeyd olundu!

Bu əlamətdar gün münasibətilə təbrik aksiyaları və təşəkkür görüşləri təşkil olundu. Məqsəd – ömrünü təhsilə həsr etmiş, gələcəyimizi yetişdirən müəllimlərimizi dəyərləndirmək, onların əvəzolunmaz əməyinə təşəkkür etməkdir.

Şabran rayonunun bir sıra ümumtəhsil müəssisələrində təşkil olunan görüşlərdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı sədrinin müşaviri Vüsal Əliyev,Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şabran rayon Komitəsinin sədri Seymur Qədəşov və Şabran rayon Təhsil Sektorunun müdiri Emin Mövsümov da iştirak etdi.

Görüşlər zamanı;

1.Şabran şəhər Tofiq Abbasov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi, şəhid anası Balagayeva Besxanim Məcid qızı

2.Şabran rayon Pirəmsən kənd tam orta məktəbinin müəllimi Əkbərova Əntiqə Cabbar qızı

3.Şabran rayon Düzbilici kənd ibtidai məktəbinin müəllimi Əliyeva Billurə Bağır qızı

4.Şabran rayon Ağbaş kənd tam orta məktəbinin müəllimi Quliyev Balabəy Ağabəy oğlu

5.Şabran rayon Əmirxanli kənd tam orta məktəbinin müəllimi Hüseynov Qulamhüseyn Məmmədhüseyn oğlu -çiçək dəstələri və müxtəlif qiymətli hədiyyələrlə təbrik olundu.

Müəllim – sadəcə dərs deyən deyil. Müəllim – yol göstərən, ruhlandıran, düşüncəni formalaşdıran, insanlığın mayasını yoğuran şəxsdir. Gələcəyin həkimini, mühəndisini, yazıçısını, alimini yetişdirən məhz müəllimdir.

Eyni zamanda görüş təşkil edilən müəllimlər də onlara göstərilən xüsusi diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri cənab Sahib Məmmədova,Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri cənab Araz Paşayevə öz dərin minnətdarlıqlarını bildirdilər.

Bu münasibət ilə bir daha Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası,Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı,Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şabran rayon Komitəsi olaraq bütün müəllimlərimizi səmimi qəlbdən təbrik edir, onlara can sağlığı, yüksək əhval-ruhiyyə və daim qazandıqları uğurlar arzulayırıq.

Siz varsanız – cəmiyyət var, gələcək var!

Siz varsanız – elm, təhsil və tərəqqi var!

Müəllimlər Gününüz Mübarək!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: