Xəbərlər
Müəllimlər "Nazlı bulaq" da

Unudulmaz istirahət, yüksək əhval-ruhiyyə və xoş anlarla yadda qalan bir gün.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsinin təşkilatçılığı ilə Qarabağlar kənd O. Rəhimov adına kənd tam orta ümumtəhsil məktəbinin kollektivi Quba şəhərinin füsunkar təbiətə malik “Nazlı Bulaq” istirahət mərkəzinə səfər etdilər.
Səfərin əsas məqsədi müəllimlərin və məktəb kollektivinin asudə vaxtlarının səmərəli təşkili, onların mənəvi istirahətinin təmin olunması, həmçinin kollektiv üzvləri arasında dostluq və həmrəylik münasibətlərinin daha da möhkəmləndirilməsi idi. Təbiətin qoynunda keçirilən bu gözəl istirahət proqramı iştirakçılara xoş ovqat, yüksək əhval-ruhiyyə və unudulmaz xatirələr bəxş etdi.
Kollektiv üzvləri gün ərzində müxtəlif əyləncəli anlar yaşayıb, səmimi söhbətlər edib, birlik və mehribanlıq şəraitində gözəl vaxt keçirdilər. Quba təbiətinin gözəlliyi, saf havası və “Nazlı Bulaq” istirahət mərkəzinin rahat mühiti tədbirin daha yaddaqalan olmasına səbəb oldu.
Belə tədbirlər təhsil işçilərinin motivasiyasının artırılması, onların sosial rifahının yaxşılaşdırılması və kollektiv münasibətlərinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.






