“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Müəllimlər İsmayıllı–Qəbələ turunda iştirak ediblər

29/06/2026, 13:06
xeber1

ETİHİ Göyçay Rayon Komitəsinin təşəbbüsü ilə Qasım Həsrətov adına Mırtı kənd tam orta ümumtəhsil məktəbinin müəllim kollektivi asudə vaxtlarının səmərəli təşkili, mənəvi istirahətlərinin təmin olunması və kollektiv həmrəyliyin daha da gücləndirilməsi məqsədilə İsmayıllı və Qəbələ rayonlarına ekskursiya səfəri həyata keçirib.


Səfər iştirakçıları Azərbaycanın füsunkar təbiəti, zəngin tarixi və turizm potensialı ilə seçilən İsmayıllı və Qəbələ rayonlarının görməli məkanlarını ziyarət edərək bu bölgələrin gözəlliklərini yaxından seyr etmək imkanı qazanıblar. Təmiz dağ havası, ecazkar mənzərələr və maraqlı ekskursiya proqramı müəllimlərin asudə vaxtlarını səmərəli və yaddaqalan keçirmələrinə şərait yaradıb.


Tur zamanı həmkarlar arasında qarşılıqlı ünsiyyət, dostluq münasibətləri və kollektiv birlik daha da möhkəmlənib. Belə sosial layihələr müəllimlərin gündəlik iş gərginliyindən uzaqlaşmasına, mənəvi cəhətdən dincəlməsinə və yeni tədris fəaliyyətinə daha yüksək motivasiya ilə qayıtmasına mühüm töhfə verir.


ETİHİ Göyçay Rayon Komitəsi təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, onların asudə vaxtlarının səmərəli təşkili və sağlam istirahət imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirləri bundan sonra da davam etdirəcək. Bu cür təşəbbüslər həmkarlar arasında həmrəyliyin möhkəmlənməsinə, müəllimlərin sosial rifahının yüksəldilməsinə və kollektiv ruhun güclənməsinə xidmət edir.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: