“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Müəllimlər Təhsil İstirahət Mərkəzində

10/07/2026, 07:11
xeber1

Müəllimlərin sosial rifahının yaxşılaşdırılması, sağlamlıqlarının qorunması və səmərəli istirahətlərinin təmin edilməsi məqsədilə Müəllimlər Təhsil İstirahət Mərkəzində müəllimlərin istirahəti təşkil olunub.


Mərkəzdə müəllimlər üçün rahat istirahət, sağlamlıq və asudə vaxtın səmərəli təşkili üçün əlverişli şərait yaradılıb. Burada keçirilən istirahət günləri müəllimlərin həm fiziki, həm də mənəvi cəhətdən dincəlməsinə, yeni tədris ilinə yüksək motivasiya ilə hazırlaşmasına töhfə verir.


Müəllimlər yaradılan şəraitdən məmnunluqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər. Onlar bu cür sosial dəstək tədbirlərinin təhsil işçilərinin rifahının yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: