“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Müəllimlər üçün istirahət turu təşkil olundu

07/06/2026, 22:25
xeber1

Göyçay şəhər S.Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyanın 40 nəfərlik müəllim kollektivi üçün Qax rayonu İlisu kəndi yaxınlığında yerləşən “Uludağ” istirahət mərkəzinə ekskursiya təşkil olunub.


Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsinin dəstəyi ilə baş tutan səfərin əsas məqsədi müəllimlərin asudə vaxtının səmərəli təşkili, kollektiv həmrəyliyinin gücləndirilməsi və onların mənəvi istirahətinin təmin olunması olub.


Füsunkar təbiəti və gözəl mənzərələri ilə seçilən İlisu kəndinə səfər iştirakçılar tərəfindən böyük maraq və məmnunluqla qarşılanıb. Müəllimlər istirahət müddətində həm maraqlı vaxt keçirib, həm də bölgənin təbiəti ilə yaxından tanış olublar.


ETİHİ Göyçay Rayon Komitəsi bundan sonra da təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılması və asudə vaxtlarının səmərəli təşkili istiqamətində tədbirlərini davam etdirəcək.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: