“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Müəllimlər üçün istirahət və ekskursiya proqramı təşkil olunub

27/06/2026, 10:15
xeber1

ETİHİ Göyçay Rayon Komitəsinin təşkilati dəstəyi ilə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin müəllimlər kollektivi üçün asudə vaxtın səmərəli təşkili məqsədilə İsmayıllı rayonuna ekskursiya təşkil olunub.


Ekskursiyanın əsas məqsədi həmkarların asudə vaxtının mənalı təşkili, sağlam istirahətlərinin təmin edilməsi, kollektiv daxilində qarşılıqlı ünsiyyətin və həmrəyliyin daha da möhkəmləndirilməsi olub.


Səfər çərçivəsində iştirakçılar İsmayıllının zəngin təbiəti, füsunkar mənzərələri və turizm məkanları ilə yaxından tanış olub, rayonun əsrarəngiz təbii gözəlliklərini seyr edərək xoş və yaddaqalan anlar yaşayıblar.


Qeyd edək ki, ETİHİ Göyçay Rayon Komitəsi üzvlərinin sosial rifahının yüksəldilməsi, asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin təşviqi və kollektiv həmrəyliyinin gücləndirilməsi istiqamətində bu cür sosial layihələrin həyata keçirilməsini bundan sonra da davam etdirəcək.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: