“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Müəllimlər üçün Qubaya maraqlı və yaddaqalan ekskursiya təşkil edildi.

06/10/2025, 12:52
xeber1

14.07.2025 tarixlərində akademiyanın müəllimləri üçün Qubaya maraqlı və unudulmaz ekskursiya təşkil olundu.

Səfərin məqsədi müəllimlərin istirahət etməsi, təbiətin füsunkar gözəlliklərindən zövq alması və kollektiv ruhunun gücləndirilməsi idi.

Ekskursiya çərçivəsində iştirakçılar Qəçrəş meşəsini, Quba xalça muzeyini və şəhərin digər tarixi və təbiət abidələrini ziyarət etdilər.

Təmiz hava, sərin dağ mənzərələri və səmimi ab-hava müəllimlərdə müsbət təəssürat yaratdı.

Səfərin sonunda müəllimlər bu cür tədbirlərin həm mənəvi dincəlmə, həm də komanda birliyinin formalaşması baxımından böyük əhəmiyyət daşıdığını vurğuladılar.

Sosial şəbəkələrdə paylaş: