“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Müəllimlər üçün təşkil olunan Şəki gəzintisi maraqla qarşılandı

23/12/2025, 15:14
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsinin təşəbbüsü ilə Şirbala Səabov adına Qaraməryəm kənd tam orta ümumtəhsil məktəbinin kollektivi asudə vaxtlarını səmərəli keçirmək, eyni zamanda dünyagörüşlərini artırmaq məqsədilə qədim və füsunkar Şəki şəhərinə səfər edib.

Səfər çərçivəsində kollektiv Şəkinin zəngin tarixi-mədəni irsini özündə əks etdirən tarixi abidələri, mədəni və ictimai məkanları ziyarət edib, şəhərin qədim memarlıq üslubu və özünəməxsus ab-havası ilə yaxından tanış olub. Tarixlə canlı təmas, mədəni irsimizə yerində baxış bu gəzintini daha da maraqlı və yadda qalan edib.

Bu səfər iştirakçılar üçün yalnız istirahət deyil, eyni zamanda maarifləndirici və motivasiyaedici xarakter daşıyıb, kollektiv üzvləri arasında həmrəyliyin və qarşılıqlı ünsiyyətin möhkəmlənməsinə müsbət təsir göstərib. Gün ərzində yaşanan xoş anlar, səmimi söhbətlər və paylaşılan xatirələr səfəri unudulmaz edib.

Belə təşəbbüslər müəllimlərin asudə vaxtının səmərəli təşkilinə, kollektiv ruhunun gücləndirilməsinə və iş mühitində müsbət psixoloji ab-havanın formalaşmasına mühüm töhfə verir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: