“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Müəllimlər üçün yaddaqalan istirahət səfəri

01/07/2026, 19:01
xeber1

ETİHİ Göyçay Rayon Komitəsinin təşkilati dəstəyi ilə Göyçay rayonu İncə kəndi Rəhman Babayev adına tam orta ümumtəhsil məktəbinin müəllim kollektivi asudə vaxtlarını səmərəli keçirmək məqsədilə Qaraməryəm istiqamətində təşkil olunan istirahət səfərində iştirak edib.


Səfər müəllimlərin gündəlik iş yükündən bir qədər uzaqlaşaraq təbiət qoynunda dincəlmələri, həmkarlar arasında ünsiyyətin daha da möhkəmlənməsi və kollektiv ruhunun gücləndirilməsi baxımından yaddaqalan olub. İştirakçılar səfər zamanı xoş anlar yaşayıb, səmimi söhbətlər aparıb və birgə vaxt keçirməyin yaratdığı müsbət ovqatı bölüşüblər.


Belə sosial layihələr təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili ilə yanaşı, kollektiv daxilində həmrəylik və qarşılıqlı əməkdaşlıq münasibətlərinin inkişafına da töhfə verir.


Səfərdə iştirak edən müəllimlər yaradılan şəraitə və göstərilən diqqətə görə ETİHİ Göyçay Rayon Komitəsinə minnətdarlıqlarını ifadə edərək, bu cür təşəbbüslərin davamlı olmasını arzuladıqlarını bildiriblər.






Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: