Xəbərlər
Müəllimlərə onlayn qeydiyyatla bağlı dəstək göstərilir
18/08/2026, 11:37

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Göyçay Rayon Komitəsində müəllimlərin sanatoriya və istirahət mərkəzlərinə onlayn qeydiyyatı ilə bağlı müraciətləri davam edir.
Qeydiyyatdan keçmək istəyən müəllimlərə onlayn müraciət prosesinin düzgün həyata keçirilməsi ilə bağlı ətraflı məlumat verilir, lazımi təlimat və praktiki köməklik göstərilir.
Müəllimlərin elektron qeydiyyat zamanı qarşılaşdıqları çətinliklərin aradan qaldırılması, prosesin düzgün və rahat şəkildə həyata keçirilməsi üçün Rayon Komitəsi tərəfindən müvafiq dəstək göstərilir.
Müəllimlərə göstərilən bu xidmət onların istirahət imkanlarından daha rahat və əlçatan şəkildə yararlanmasına şərait yaradır.






