Xəbərlər
“Müəllimləri tanıdırıq, uğurlarını paylaşırıq” rubrikası

“Müəllimləri tanıdırıq, uğurlarını paylaşırıq” layihəmizin növbəti qəhrəmanı
A. Mustafayev adına 202 nömrəli tam orta məktəbin fizika müəllimi Elmira müəllimədir. Mirzəyeva Elmira Mütəllim qızı - öz peşəsinə sevgisi, səbrli yanaşması və şagirdlərinə aşıladığı elm ruhu ilə seçilən pedaqoqlardandır.
Fizikanı çətin hesab edən şagirdlər üçün Elmira müəllimə bu fənni qorxulu formul deyil, düşünməyi öyrədən bir açar kimi təqdim edir. Elmira müəllimənin əsas prinsipi sadədir: “Anlamaq əzbərləməkdən daha güclüdür.”
Onun dərslərində fizika həyatla bağlanır, suallar marağa çevrilir, çətinlik isə motivasiyaya.
ETİHİ Nərimanov Rayon Komitəsi olaraq, müəllimlərimizin əməyini görünən etməkdən və uğurlarını paylaşmaqdan qürur duyuruq!
Elmira müəlliməyə fəaliyyətində uğurlar arzulayırıq!



