“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

“Müəllimləri tanıdırıq, uğurlarını paylaşırıq” rubrikası

19/06/2026, 16:13
xeber1

S.Yolçuyev adına 207 nömrəli tam orta məktəbdə bu dəfə “Müəllimləri tanıdırıq, uğurlarını paylaşırıq” layihəsinin yeni qəhrəmanı – Baba Seyidzadəni təqdim edirik.

Peşəsinə sevgi ilə yanaşan, şagirdlərinin inkişafına daim töhfə verən və pedaqoji fəaliyyəti ilə seçilən müəllimimiz növbəti uğuruna da imza atıb. Baba Seyidzadə 18 iyun 2026-cı il tarixində keçirilmiş sertifikasiya imtahanında 56 bal toplayaraq yüksək nəticə göstərib.

Bu nailiyyət müəllimimizin peşəkar bilik və bacarıqlarının, öz üzərində davamlı çalışmasının və təhsilin keyfiyyətinin yüksəldilməsinə verdiyi töhfənin bariz nümunəsidir.

Baba müəllimi bu uğuru münasibətilə səmimi qəlbdən təbrik edir, gələcək fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!

Sosial şəbəkələrdə paylaş: