“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Müəllimlərimiz üçün ekskursiya təşkil olundu: Həmkarlar təşkilatından gözəl təşəbbüs

29/06/2026, 15:31
xeber1

​Məktəb kollektivinin asudə vaxtının səmərəli təşkili, iş fəaliyyətindən sonra mənəvi dincəlməsi və kollektivdə komanda ruhunun yüksəldilməsi məqsədilə növbəti gözəl tədbir reallaşdırılıb.

ETİHİ Samux rayon Komitəsinin dəstəyi və təşkilatçılığı ilə Qarayeri qəsəbə 1 nömrəli məktəb-liseyin, Yuxarı Ağasıbəyli,Əhmədbəyli, Tatlı kənd ümumtəhsil məktəblərinin və Şəhər 3 saylı, Çobanabdallı, Qarabağlılar kənd uçaq bağçalarının kollektivləri üçün ölkəmizin dilbər guşələrinə ekskursiya təşkil olunub.

​Səfər çərçivəsində pedaqoji heyət bölgənin füsunkar təbiəti, tarixi və mədəni abidələri ilə yaxından tanış olub, birgə xoş və yaddaqalan anlar yaşayıblar. Bu cür ekskursiyalar müəllimlərin iş motivasiyasını artırmaqla yanaşı, fərqli məktəb kollektivləri arasında sıx ünsiyyət və təcrübə mübadiləsinə də gözəl zəmin yaradır.

Tu iştirakçıları bu gözəl şəraiti və dəstəyi yaradan Həmkarlar təşkilatına öz təşəkkürlərini bildiriblər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: