“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

“Müəllimlərimizi tanıdırıq, uğurlarını paylaşırıq” rubrikası

09/12/2025, 15:33
xeber1

A.Hümbətov adına 291 nömrəli Ekologiya Liseyinin ilk Həmkarlar İttifaqı sədri, coğrafiya müəllimi Səadət Kərimova həm müəllimlik peşəsinə sadiqliyi, həm də təşkilati bacarığı ilə seçilən nümunəvi pedaqoqlardandır. Səadət müəllimə sertifikasiya imtahanına hazırlıq mərhələsində keçdiyi yolu, imtahan təcrübəsini və Həmkarlar Sədri kimi həyata keçirdiyi təşəbbüsləri bizimlə bölüşdü. Onun səmimi danışdıqları bir daha göstərdi ki, peşəkarlıq, davamlı öyrənmək və müəllim həmrəyliyini gücləndirmək böyük uğurların açarıdır. “Müəllimlərimizi tanıdırıq, uğurlarını paylaşırıq” rubrikamızda bu dəfə Səadət müəllimənin hekayəsini təqdim edirik.

Sosial şəbəkələrdə paylaş: