Xəbərlər
Müəllimlərimizi tanıyaq və tanıdaq

Cəmiyyətin inkişafında, gələcəyin formalaşmasında müəllimlərin rolu əvəzsizdir. Bu layihə çərçivəsində ömrünü təhsilə və gənc nəslin inkişafına həsr edən dəyərli pedaqoqlarımızı daha yaxından tanıyırıq.
Bu gün sizə Babayeva Fənarə Əlisa qızını təqdim edirik.
1972-ci il 29 fevral tarixində Göyçay şəhərində anadan olan Fənarə müəllimə, uşaqlıq illərindən şahmata böyük maraq göstərmiş və 1983-cü ildə Göyçay Uşaq Gənclər Şahmat məktəbinə qəbul olunmuşdur. O, 1990-cı ildən etibarən məşqçi-müəllim kimi fəaliyyət göstərərək bu sahədə uzun illərin təcrübəsini qazanmışdır. Şahmat üzrə FIDE ustası olan Fənarə müəllimə, həm ölkə daxilində, həm də beynəlxalq arenada uğurlu nəticələr əldə etmişdir.
Onun əldə etdiyi nailiyyətlər sırasında Ümumittifaq turnirlərində, Azərbaycan birinciliklərində və beynəlxalq yarışlarda qazandığı yüksək yerlər xüsusi yer tutur. Dünya Şahmat Olimpiadalarında iştirak edərək ölkəmizi layiqincə təmsil etmişdir.
Fənarə müəllimə yalnız uğurlu idmançı deyil, eyni zamanda öz bilik və bacarığını gənc nəslə ötürən, onların inkişafında böyük zəhməti olan fədakar müəllimdir. Onun yetişdirdiyi şagirdlər bu gün müxtəlif səviyyəli yarışlarda uğurla çıxış edirlər.
Belə dəyərli müəllimlərimizlə qürur duyur, onların əməyini yüksək qiymətləndiririk.




