“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

“Müəllimlərimizi Tanıyaq və tanıdaq “ layihəsi davam edir

16/02/2026, 12:34
xeber1

Növbəti qəhrəmanımız Kərimov İlham İqrar oglu 21 oktyabr 1983- cü ildə Göycay rayonunda anadan olmuşdur.

1989 -cu ildə Göycay şəhər R.Rza adına 1 nömrəli tam orta məktəbinə 1-ci sinfinə qəbul olunmuş, 2000- ci ildə həmin məktəbi bitirmişdir . Azerbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub 2004 -cü ildə Akademiyanı bitirmişdir.

2005 -ci ildən Göyçay şəhər R.Rza adına 1 nömrəli tam orta məktəbdə fiziki tərbiyə müəllimi işləyir.

İlham muəllim fiziki tərbiyə dərslərində şagirdlərin fiziki inkişafını ön planda saxlayır. Fiziki tərbiyə müəllimləri tərəfindən dərslər və müxtəlif idman yarıslari müntəzam olaraq təşkil olunur. Şagirdlərin sağlamlığı, fiziki inkişafı və idmana marağının artırılması məqsədilə keçirilən bu fəaliyyətlər həm sinif daxilində, həm də açıq havada müxtəlif məşğələlər şəklində aparılır.


İlham müəllim şagirdlərlə birgə gündəlik idman hərəkətlərini, sağlam həyat tərzini təbliğ edən məşğələləri və fəal oyunları davamlı şəkildə həyata keçirir. Bu dərslər şagirdlərin fiziki hazırlığını gücləndirməklə yanaşı, komanda ruhunu, nizam-intizamı və aktiv həyat tərzini də təşviq edir.


İlham mıəllimin rəhbərliyi ilə təşkil olunan yarışlarda məktəbin komandası rayon yarışlarında birinciliyi qoruyub saxlayırlar .

Təsadüfü deyilki ,basketbol yarışında məktəbin komandası zona turnirinin qalibi oldu,respublika çempionatinda 44 komanda arasında 4-cü yerdə qərarlaşdı.

Bu uğurun arxasında gərgin məşqlər, Komanda ruhunun olması,işinə ,peşəsinə olan böyük sevgi dayanır.


Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı olaraq müəllimə uğurlar arzulayırıq.

Sosial şəbəkələrdə paylaş: