“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Müəllimlərimizin 65 illik yubileyi.

23/01/2026, 15:23
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsi olaraq bu gün Ağdam rayonu H.Əsgərov adına Quzanlı qəsəbə tam orta məktəbinin müəllimi Məhərrəmova Sevinc Mövlanqulu qızını və Ağdam rayonu 97 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Dadaşova Sevda İsibala qızını 65 yaşlarının tamam olması münasibətilə təbrik etdik.

Görüş zamanı yubilyarlara uzun ömür, möhkəm cansağlığı və gələcək fəaliyyətlərində uğurlar arzulandı.Təhsilin inkişafına uzun illər ərzində verdikləri töhfələr yüksək qiymətləndirildi.

Sonda yubilyarlar göstərilən diqqət və qayğıya görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsinə öz dərin minnətdarlıqlarını bildirdilər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: