“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Müəllimlərimizin 65 illik yubileyi qeyd olundu

15/10/2025, 12:42
xeber1

Quba rayonu Qaraçay qəsəbə tam orta məktəbinin müəllimləri Murad Muradovun və Baxtlı Abdullayevanın 65 illik yubileyləri qeyd olunub. Müəllimləri təbrik etmək məqsədilə ETİHİ Quba Rayon Komitəsinin sədri Vüsalə Kərimova və məktəbin ilk təşkilat sədri Nurəddin İbrahimov tərəfindən təşkil olunan gözlənilməz tədbir yubilyarların böyük sevincinə səbəb olub. Uzun illər gənc nəslin təlim-tərbiyəsinə həsr olunmuş səmərəli fəaliyyətlərinə görə hər iki müəllimə dərin təşəkkür bildirilib. Belə tədbirlərin mütəmadi keçirilməsi müəllim əməyinin həmkarlar təşkilatının diqqət mərkəzində olduğunu bir daha nümayiş etdirir.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: