“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Müəllimlərimizin sağlamlığı bizim üçün dəyərlidir!

04/07/2026, 14:14
xeber1

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin xətti ilə təqdim olunan sanatoriya-kurort yollayışlarından həmkarlar ittifaqı üzvləri faydalanmağa davam edirlər.

Bu dəfə QRTİ Ağcabədi Rayon Məmməd Aranlı adına 11 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimləri Əliyeva Zoya Alı qızı və Mirzəyeva Tərlan Əsgər qızı Şıx sanatoriyasında müalicə alaraq sağlamlıqlarını bərpa edir, istirahətlərini səmərəli keçirirlər.

Həmkarlar ittifaqı üzvlərinin sağlamlığının qorunması, sosial rifahının yaxşılaşdırılması və asudə vaxtının səmərəli təşkili istiqamətində fəaliyyətimiz davam edir.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: