Xəbərlər
Müəllimlərin 65 illik yubileyi qeyd olunub
04/09/2026, 20:31

Bərdə rayon Namiq Paşayev adına Əliyanlı kənd tam orta ümumtəhsil məktəbinin müəllimləri Bağırova Xatirə Kamal qızı və Məmmədova Nuranə Aydın qızının 65 illik yubileyi münasibətilə tədbir keçirilib.
Yubiley münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi tərəfindən uzun illər təhsil sahəsində göstərdikləri səmərəli fəaliyyətə və gənc nəslin təlim-tərbiyəsinə verdikləri töhfələrə görə müəllimlərə fəxri fərman və hədiyyələr təqdim olunub.
Tədbirdə müəllimlərin pedaqoji fəaliyyəti, təhsil sahəsinə verdikləri töhfələr və kollektivdə qazandıqları hörmət yüksək qiymətləndirilib.
Yubilyarlara möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətlərində uğurlar arzulanıb.




