Xəbərlər
Müəllimlərin asudə vaxtı üçün Şəki–Oğuz turu həyata keçirilib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsinin təşkilati dəstəyi ilə Göyçay rayon Qarayazı kənd tam orta ümumtəhsil məktəbinin müəllim kollektivi asudə vaxtlarının səmərəli təşkili və kollektiv ruhun gücləndirilməsi məqsədilə Şəki–Oğuz istiqamətinə maarifləndirici və istirahət xarakterli tur həyata keçirmişdir.
Səfər çərçivəsində iştirakçılar Azərbaycanın füsunkar təbiəti, tarixi-mədəni abidələri və bölgənin zəngin turizm imkanları ilə yaxından tanış olmuş, həmçinin müəllimlərin asudə vaxtlarının mənalı təşkili üçün gözəl bir fürsət yaradılmışdır. Bu cür tədbirlər pedaqoji kollektiv arasında həm əməkdaşlıq ruhunun möhkəmlənməsinə, həm də motivasiyanın yüksəlməsinə töhfə verir.





