“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Müəllimlərin asudə vaxtının səmərəli təşkili diqqət mərkəzindədir

27/06/2026, 22:36
xeber1

ETİHİ Göyçay Rayon Komitəsinin təşkilati dəstəyi ilə Şirbala Səabov adına Qaraməryəm kənd tam orta ümumtəhsil məktəbinin müəllim kollektivi üçün asudə vaxtın səmərəli təşkili məqsədilə istirahət səfəri təşkil olunub.


Tədbirin əsas məqsədi gərgin və məsuliyyətli tədris ilini uğurla başa vuran müəllimlərin mənəvi-psixoloji rahatlığının təmin edilməsi, onların asudə vaxtlarının səmərəli təşkili, kollektiv daxilində həmrəyliyin möhkəmləndirilməsi və yeni tədris ili öncəsi motivasiyalarının artırılması olub.


Səfər zamanı müəllimlər füsunkar təbiət mənzərələri ilə zəngin istirahət məkanlarında dincələrək xoş və yaddaqalan anlar yaşayıb, səmimi ünsiyyət şəraitində asudə vaxtlarını maraqlı və faydalı şəkildə keçiriblər. İştirakçılar qeyd ediblər ki, belə təşəbbüslər gərgin əmək fəaliyyətindən sonra mənəvi rahatlığın bərpasına, işgüzar əhval-ruhiyyənin yüksəldilməsinə və kollektiv münasibətlərinin daha da möhkəmlənməsinə mühüm töhfə verir.


Müəllimlər onlar üçün yaradılan bu gözəl şəraitə və göstərilən diqqətə görə ETİHİ Göyçay Rayon Komitəsinə təşəkkürlərini bildirərək, təhsil işçilərinin sosial rifahına və mənəvi dəstəyinə xidmət edən bu cür layihələrin davamlı həyata keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayıblar.


ETİHİ Göyçay Rayon Komitəsi gələcəkdə də təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, asudə vaxtlarının səmərəli təşkili və həmkarlar arasında həmrəyliyin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: