“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Müəllimlərin fikirləri: Təşəkkür və ehtiram

27/07/2026, 22:41
xeber1

Göyçay rayonundan bir qrup müəllim olaraq 20–26 iyul tarixlərində Təhsil İstirahət Mərkəzində unudulmaz istirahət günləri keçirdik. Bu müddət ərzində bizim üçün yaradılan rahat şərait, yüksək səviyyəli xidmət, səmimi münasibət və qonaqpərvərlik hər birimizdə xoş təəssüratlar yaratdı.


İstirahət proqramı çərçivəsində təşkil olunan müxtəlif idman və intellektual yarışlar müəllimlər arasında həm sağlam rəqabət, həm də dostluq və həmrəylik ruhunu daha da gücləndirdi. Böyük sevinc hissi ilə bildiririk ki, komandamız intellektual yarışda yüksək bilik və hazırlıq nümayiş etdirərək I yerə layiq görüldü. Bununla yanaşı, voleybol yarışında da böyük əzmkarlıq və komanda ruhu göstərərək II yerin qalibi olduq. Bu nailiyyətlər bütün iştirakçılar üçün qürurverici olmaqla yanaşı, müəllimlər arasında birlik, əməkdaşlıq və qarşılıqlı dəstəyin gözəl nümunəsinə çevrildi.


Bu uğurların əldə olunmasında əməyi olan bütün komanda üzvlərinə təşəkkür edir, yarışların yüksək səviyyədə təşkilinə görə təşkilatçılara və Təhsil İstirahət Mərkəzinin kollektivinə minnətdarlığımızı bildiririk.


Bizə göstərilən diqqət və qayğı, yaradılan səmimi mühit, maraqlı tədbirlər və mənalı istirahət proqramı bu günləri hər birimiz üçün yaddaqalan etdi. Əminik ki, burada qazandığımız xoş xatirələr, yeni dostluqlar və əldə etdiyimiz uğurlar uzun illər yaddaşımızda yasayacaq.Həmkarlar İttifaqına təşəkkürümüzü bildiririk.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: