“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Müəllimlərin istirahət səfəri uğurla başa çatdı

05/07/2026, 13:48
xeber1

ETİHİ Göyçay Rayon Komitəsinin təşkilati dəstəyi ilə Göyçay Peşə Məktəbinin müəllim kollektivi Oğuz rayonuna ekskursiya edib


Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsinin təşkilati dəstəyi ilə Göyçay Peşə Məktəbinin müəllim kollektivi ölkəmizin füsunkar guşələrindən biri olan Oğuz rayonuna ekskursiya səfəri həyata keçirib.


Təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, onların sosial rifahının yaxşılaşdırılması, mənəvi istirahətinin təmin olunması və kollektiv həmrəyliyinin möhkəmləndirilməsi məqsədilə təşkil olunan səfər iştirakçılar tərəfindən böyük məmnunluqla qarşılanıb.


Ekskursiya çərçivəsində müəllimlər Oğuz rayonunun zəngin təbiəti, tarixi-mədəni irsi və görməli məkanları ilə yaxından tanış olub, rayonun turizm potensialını əks etdirən məkanları ziyarət ediblər. Səfər iştirakçılarına həm maraqlı, həm də səmərəli istirahət imkanı yaradıb. Müəllimlər bölgənin təmiz havasından, təbii gözəlliklərindən zövq alaraq xoş və yaddaqalan anlar yaşayıblar.


Belə ekskursiyalar pedaqoji kollektivlər arasında qarşılıqlı əməkdaşlıq və ünsiyyətin daha da inkişafına, kollektiv ruhunun möhkəmlənməsinə, eyni zamanda müəllimlərin iş motivasiyasının yüksəldilməsinə mühüm töhfə verir.


Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsi təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, asudə vaxtlarının səmərəli təşkili və mənalı istirahətinin təmin olunması istiqamətində tədbirlərini bundan sonra da davam etdirəcək.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: