“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Müəllimlərin istirahətinə göstərilən diqqət yüksək dəyərləndirilib

27/06/2026, 20:36
xeber1

Xaçmazda yerləşən Təhsil İstirahət Mərkəzində istirahət edən Göyçay müəllimləri onlar üçün yaradılan yüksək səviyyəli şəraiti və göstərilən diqqət və qayğını yüksək qiymətləndiriblər.


Müəllimlər qeyd ediblər ki, dəniz sahilində, füsunkar təbiət qoynunda keçirdikləri istirahət günləri gərgin tədris ilinin yorğunluğunu unutduraraq onlara mənəvi rahatlıq və yeni tədris ili üçün yüksək ruh yüksəkliyi bəxş edib.


İstirahət proqramında iki qəhrəman şəhidimizin əziz analarının da iştirak etməsi tədbirə xüsusi məna qatıb. Müəllimlər şəhid analarına göstərilən diqqət və qayğını yüksək dəyərləndirərək, bunu vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsinə göstərilən ehtiramın bariz nümunəsi kimi qiymətləndiriblər.


Göyçay müəllimləri göstərilən qayğıya və belə gözəl istirahət imkanının yaradılmasına görə Azərbaycan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına və ETİHİ Göyçay Rayon Komitəsinə səmimi təşəkkürlərini bildirərək, bu cür təşəbbüslərin davamlı olmasını arzuladıqlarını ifadə ediblər.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: