Xəbərlər
Müəllimlərin istirahətinin təşkili
04/07/2026, 14:13

Ağcabədi rayonu 6 nömrəli tam orta ümumtəhsil məktəbinin həmkarlar təşkilatının sədri Rövşən Quliyevin təşkilatçılığı ilə həmkarlar ittifaqı üzvləri üçün İsmayıllı şəhərinə birgünlük tur-gəzinti təşkil olunub.
Turun əsas məqsədi məktəbin müəllimləri, texniki işçilərin asudə vaxtlarını səmərəli və mənalı şəkildə təşkil etmək olub.
Məktəb kollektivi həmkarlar ittifaqı üzvlərinə göstərilən diqqət və qayğıya, görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə dərin minnətdarlıqlarını ifadə ediblər.











