Xəbərlər
Müəllimlərin İsmayıllı səfəri xoş təəssüratlarla yadda qaldı

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası , Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETİHİ Ağstafa Rayon Komitəsi nin diqqət və qayğısı sayəsində təşkil olunan sosial dəstək və istirahət tədbirləri təhsil işçiləri tərəfindən böyük rəğbətlə qarşılanır.
Bu çərçivədə Ağstafa rayon Pirli kənd tam orta məktəbinin bir qrup müəllimi İsmayıllı rayonuna təşkil olunmuş səfərdə iştirak etdilər.
Səfərdən böyük məmnunluq hissi ilə qayıdan kollektiv bildirdilər ki, bu cür ekskursiyalar onların iş fəaliyyətinə yüksək əhval-ruhiyyə və yeni motivasiya qazandırır.
Müəllimlər onlara göstərilən diqqət və qayğıya görə Həmkarlar İttifaqı təşkilatının fəaliyyətini yüksək qiymətləndirərək səmimi təşəkkürlərini ifadə etdilər. Kollektiv, bu cür layihələrin davamlı olmasını arzulayaraq, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyinə, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyinə, eləcə də bu işdə əməyi olan hər kəsə dərin minnətdarlıqlarını bildirdilər.




