Xəbərlər
Müəllimlərin yay istirahəti davam edir

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Ağcabədi Rayon Komitəsinin əsas fəaliyyət istiqamətlərindən biri həmkarlar ittifaqı üzvlərinin istirahətinin səmərəli təşkili, asudə vaxtlarının mənalı və faydalı keçirilməsinin təmin olunması, kollektiv üzvləri arasında ünsiyyət və həmrəyliyin möhkəmləndirilməsidir.
İl ərzində ittifaq üzvləri Azərbaycanın füsunkar təbiəti, tarixi və görməli məkanları ilə tanış olub, müxtəlif istirahət mərkəzlərinə və sanatoriya-kurort müəssisələrinə yollanaraq xoş və yaddaqalan anlar yaşayıblar.
Bu dəfə Ağcabədi şəhər Camal İbrahimov adına 8 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi, şəhid bacısı, çalışdığı təhsil müəssisəsinin adını daşıdığı şəhidimiz Camal İbrahimovun bacısı Nüşabə müəllim e-AHİK rəqəmsal platforması vasitəsilə Quba şəhərində yerləşən “Nazlı Bulaq” istirahət mərkəzinə yollanaraq səmərəli istirahət edir.
Nüşabə müəllim həm pedaqoji fəaliyyəti ilə, həm də həmkarlar ittifaqının fəal üzvü kimi ictimai fəaliyyətində seçilir.
Nüşabə müəllim, göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK), Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə və ETİHİ Ağcabədi Rayon Komitəsinə təşəkkürünü bildirir.







