“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Müəllimlərin Yay Məzuniyyəti

07/07/2026, 15:00
xeber1

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə təhsil işçilərinin səmərəli istirahətinin təşkili istiqamətində həyata keçirilən silsilə tədbirlər davam edir.

06.07.2026-cı il Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsinin həmkarlar ittifaqı üzvüləri Təhsil İstirahət Mərkəzində istirahət etmək imkanı qazanıb.

İstirahət edən həmkarlar ittifaqı üzvləri onlar üçün yaradılan şəraitdən məmnunluqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə səmimi təşəkkürlərini bildiriblər.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: