“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Müəllimlərin yubileyi qeyd olunub

11/03/2026, 16:19
xeber1

Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə uzun illər təhsil sahəsində səmərəli fəaliyyəti ilə seçilən müəllimlərin 65 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə məktəbin pedaqoji kollektivi və qonaqlar iştirak ediblər.


Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Abşeron Rayon Komitəsinin sədri Fəxrəddin Eyvazov iştirak edərək yubilyar müəllimləri səmimi qəlbdən təbrik edib, onlara möhkəm cansağlığı, uzun ömür və gələcək həyatlarında uğurlar arzulayıb. Qeyd olunub ki, müəllimlərin uzun illər ərzində təhsilin inkişafına verdiyi töhfə və gənc nəslin yetişdirilməsində göstərdikləri fədakar xidmət yüksək qiymətləndirilir.


Sonda yubilyar müəllimlərə yubileyləri münasibətilə hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkdirilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: