Xəbərlər
Müəllimlik – insan ömrünün ən uca və ən müqəddəs peşələrindən biridir.

Müəllim ömrünün hər gününü bilik öyrətməyə, yaxşı insan yetişdirməyə və cəmiyyətin gələcəyini formalaşdırmağa həsr edir. Zaman keçdikcə onun əməyi daha da dəyər qazanır, yüzlərlə şagirdin uğurunda öz izini buraxır.
Bu şərəfli peşəni böyük məsuliyyət və fədakarlıqla icra edən pedaqoqlardan biri də E.Cəlilov adına 272 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Əliyeva Yasəmən xanımdır.
Bu gün məktəbin müəllimlər otağında Yasəmən müəllimin 65 illik yubileyi səmimi şəkildə qeyd olunub. Məktəbin direktoru Anar Mustafazadə və pedaqoji kollektiv onu ürək sözləri ilə təbrik ediblər.
Uzun illər ərzində gənc nəslin inkişafına verdiyi töhfələrə görə Yasəmən müəllimə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsi adından Fəxri Fərman təqdim olunub. Bu mükafat onun zəhmətinə, pedaqoji ustalığına və yüksək insani keyfiyyətlərinə verilən layiqli qiymətdir.
Əziz Yasəmən müəllimə!
Sizi bu əlamətdar gün münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.






