“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Müəllimlik zirvəsində 65 il

19/01/2026, 16:10
xeber1

Bu gün Akademik Ziya Bünyadov adına 3 saylı tam orta ümumtəhsil məktəbində əlamətdar gün yaşandı.

Məktəbin dəyərli müəllimi Çərkəzova Nahidə xanımın 65 illik yubileyi münasibətilə tədbir keçirildi.


Tədbirdə ETİHİ Göyçay Rayon Komitəsinin sədri iştirak etdi. Məktəb kollektivi tərəfindən səmimi çıxışlar səsləndirildi, xoş arzular bildirildi.


Yubilyara fəxri fərman, hədiyyə və gül dəstəsi təqdim olundu.

Nahidə xanım da öz növbəsində göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirdi.


Bu cür ömür yoluna, zəhmətə və müəllim əməyinə verilən dəyər hər zaman qürurvericidir.

Nahidə müəllimə möhkəm can sağlığı, uzun ömür və uğurlar arzulayırıq!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: