Xəbərlər
MÜƏLLİMLƏR ÜÇÜN TUR TƏŞKİL EDİLDİ

Ağcabədi rayon C.Məmmədquluzadə adına Kəhrizli kənd tam orta ümumtəhsil məktəbinin Həmkarlar Təşkilatının sədri Vəcihə Həsənovanın təşkilatçılığı ilə məktəbin həmkarlar ittifaqı üzvləri üçün Ağdam–Xocalı–Xankəndi–Şuşa istiqamətində bir günlük tur təşkil olunub.
Turun əsas məqsədi əmək məzuniyyətində olan müəllim və texniki işçilərin, eləcə də müharibə iştirakçıları və qazilərin istirahətinin səmərəli təşkil edilməsi, onların işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq, abadlıq və yenidənqurma işləri ilə yaxından tanış olmalarıdır.
Səfər çərçivəsində həmkarlar ittifaqı üzvləri tarixi və mədəni abidələrə baş çəkib, doğma Qarabağın gözəlliklərini yaxından görərək zəngin və yaddaqalan təəssüratlar yaşayıblar.
Məktəb kollektivi həmkarlar ittifaqı üzvlərinə göstərilən diqqət və qayğıya, istirahətin və asudə vaxtın səmərəli təşkilinə yaradılan şəraitə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə (ETİHİ) təşəkkürünü bildirir.









