“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

MÜƏLLİMLƏRİN İSTİRAHƏTİNİN SƏMƏRƏLİ TƏŞKİLİ

31/08/2026, 15:59
xeber1

Ağcabədi rayon Ağabəyli kənd orta ümumtəhsil məktəbin həmkarlar təşkilatının sədri -Bağırova Sevda Rəhbər qızının təşkilatçılığı ilə məktəbin həmkarlar ittifaqı üzvləri üçün Ağdam–Xocalı–Xankəndi–Şuşa istiqamətində bir günlük ekskursiya təşkil olunub.

Ekskursiyanın əsas məqsədi əmək məzuniyyətində olan müəllim və texniki işçilərin istirahətinin səmərəli təşkil edilməsi, onların işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq, abadlıq və yenidənqurma işləri ilə yaxından tanış olmalarıdır.

Məktəb kollektivi həmkarlar ittifaqı üzvlərinə göstərilən diqqət və qayğıya, istirahətin və asudə vaxtın səmərəli təşkilinə yaradılan şəraitə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə (ETİHİ) təşəkkürünü bildirir.


Həmrəylik, qayğı və birlik – sağlam kollektivin gücüdür!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: