Xəbərlər
Müəssisənin ilk təşkilat sədrinin seçilməsi
21/09/2026, 16:51

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Binəqədi Rayon Komitəsinin üzv təşkilatı olan 244 nömrəli tam orta ümumtəhsil müəssisəsində ilk təşkilat sədrinin şəxsi təşəbbüsü ilə çıxması ilə əlaqədar növbədənkənar sədr seçkisi keçirilib.
Seçkidə məktəbin həmkarlar ittifaqı üzvləri iştirak edərək, şəffaf səsvermə yolu ilə öz seçimlərini ediblər. Səsvermə nəticəsinə əsasən, Qurbanova Nuranə Hakim qızı 244 nömrəli tam orta məktəbin ilk həmkarlar ittifaqı təşkilatının sədri seçilib.
ETİHİ Binəqədi Rayon Komitəsinin sədri Zahir Həsənov yeni seçilmiş sədri təbrik edib, ona gələcək həmkarlar ittifaqı fəaliyyətində uğurlar və müvəffəqiyyətlər arzulayıb.





