“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Muğan qəsəbə tam orta məktəbində Anım Günü qeyd olunub.

28/09/2026, 17:57
xeber1

27 Sentyabr – Anım Günü ilə əlaqədar olaraq Hacıqabul rayon Vüqar Məmmədov adına Muğan qəsəbə tam orta ümumtəhsil məktəbində tədbir keçirildi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə ETİHİ Hacıqabul Rayon Komitəsinin sədri,məktəbin direktoru, məktəb kollektivi, şəhid valideynləri və şagirdlər iştirak etdilər.

Məktəbin direktoru Rizvan Rəşidli çıxışında Şəhidlərimizin Vətən uğrunda göstərdikləri qəhrəmanlıqdan danışıb, onların xatirəsinin daim yaşadılacağını vurğulayıb.

ETİHİ Hacıqabul Rayon Komitəsinin sədri Sevinc Allahverdiyeva isə çıxışında Şəhidlərimizin fədakarlığından bəhs edərək Şəhid ailələrinə diqqət və qayğının vacibliyini qeyd edib.

Daha sonra məktəbin şagirdləri tərəfindən Şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş müxtəlif çıxışlar, şeirlər və səhnəciklər təqdim olunub. Tədbirin sonunda Şəhid valideynləri ilə xatirə şəkli çəkdirildi.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin! Yaxınlarına səbir, qazilərimizə can sağlığı versin.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: