Xəbərlər
Müharibə iştirakçısı ilə görüş

Ağcabədi boksçuları zona birinciliyinin final mərhələsində uğurlu nəticə əldə edib
Ağcabədi Rayon 1 nömrəli tam orta ümumtəhsil məktəbin fiziki tərbiyə müəllimi, II Qarabağ müharibəsi iştirakçısı Həsənov Elgün müəllim ilə ETİHİ Ağcabədi Rayon Komitəsində dəfələrlə görüşlər təşkil olunub.
Döyüş yolu Füzuli istiqamətindən başlayaraq Şuşa şəhərində Zəfər bayrağının ucaldılmasında iştirak edən Elgün Həsənov göstərdiyi şücaətə görə müxtəlif fəxri ad və təltiflərə layiq görülüb.
Bu gün isə Elgün müəllim tədris etdiyi boks idman növü üzrə uğurlu nəticələr əldə edir. Onun yetirmələri rayonlararası və respublika səviyyəli yarışlardan qələbələrlə qayıdırlar.
21–26 may 2026-cı il tarixlərində Şamaxı Olimpiya İdman Kompleksində keçirilən boks üzrə zona birinciliyinin final mərhələsində iştirak edən Ağcabədi boksçuları — Hacıyev Teymur Əli oğlu (38 kq) və Babayev Səttar Şaiq oğlu (70 kq) III yerə layiq görülüblər.
İdmançılarımızı qazandıqları uğur münasibətilə təbrik edir, Vətənimizin zəfər tarixini yazan qəhrəman hərbçilərimizə və Elgün müəllimə gələcək fəaliyyətlərində daha böyük nailiyyətlər arzulayırıq.




















