“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Mühasibimiz Gülnarə xanımın 35 illik yubileyini qeyd etdik

16/11/2026, 16:35
xeber1

Bu gün ETİHİ Nərimanov Rayon Komitəsinin kollektivində xüsusi bir gündür. Mühasibimiz Gülnarə xanımın 35 illik yubileyini qeyd etdik! Bizim Gülnarə xanımın işi, sadəcə rəqəmlərlə işləmək deyil. O, bir növ rayon komitəmizin maliyyə mexanizminin görünməyən mühərrikidir.

Bir tərəfdən ilk təşkilatlarımızın maliyyə əməliyyatları, əməkhaqqı hesablamaları, maliyyə protokolları, digər tərəfdən sədrlərimizin saysız-hesabsız sualları... Tərəfdaşlarımızla müqavilələrin hər bir bəndini müzakirə etmək, nümunələri nəzərdən keçirmək, düzəlişləri səbrlə gözləmək də onun gündəlik işinin bir hissəsidir. Və bütün bunların arasında bəzən vətəndaşlarımızın ən müxtəlif kaprizlərini də dinləmək məhz ona nəsib olur...Düzdür, Gülnarə xanımı hər zaman gülərüz görmək o qədər də asan deyil. Bəzən üzündə elə bir ifadə olur ki, sanki bütün maliyyə hesabatları eyni gündə onun qarşısına qoyulub. Amma onu yaxından tanıyanlar bilir ki, bu ciddi görünüşün arxasında uşaq kimi sevinməyi bacaran, səmimi və həssas bir insan var.

Deyirlər, yaş sadəcə rəqəmdir. Amma 35 yaş həm də insanın özünü, həyatını və ətrafındakı insanları daha yaxşı tanıdığı gözəl bir mərhələdir.

Əziz Gülnarə xanım, üzünüzdən təbəssüm, qəlbinizdən o uşaq sevinci, həyatınızdan gözəl anlar əskik olmasın!

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: