Xəbərlər
Müıllimlərimizi tanıyaq və tanıdaq

Bayramova Sahibə Xamməd qızı 1962 ci il iyunun 25-də Göyçay rayonunda anadan olub . Göyçay rayon M.Füzuli adına 6 saylı tam orta məktəbi Fərqlənmə attestatı ilə bitirib. 1984 - 1989 -cu illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix və Sovet hüququ fakültəsində təhsil alıb.
1989 -cu ildə Göyçay rayon Yeni Arx kənd orta məktəbində tarix və ictimaiyyət fənlərini tədris edib. 1991-ci ildə Göyçay rayon 9 saylı məktəbdə işləyib. 1993 -cü ildən Göyçay rayon R.Rza adına 1 saylı tam orta məktəbdə pedaqoji fəaliyyətlə məşğul olur. Təhsil verdiyi şagirdləri yüksək balla Azərbaycan və Xarici ölkələrin Ali məktəblərində ,Magistraturalarda təhsillərini davam etdiriblər
2019 cu ildə və 2020 ildə 2 dəfə şagirdi Quliyev Qarakişi İlqar oğlu RFO qalibi olub Qəbul imtahanına maksimum (30 tarix olmaqla) 678 bal toplayaraq ADA universitetinin hüquq fakültəsinə daxil olub .Hal- hazırda Amerikada Magistraturada təhsilin davam etdirir.
2023- cü ildə şagirdi Hacızadə Zabit Mikayıl oğlu RFO qalibi olub.
2025- ci ildə Hacızadə Zabit Mikayıl oğlu Qərbi Azərbaycana qayıdış Olimpiadasında qalib gəlib
2026 -ci ildə 2 şagirdi RFO -da finalda qalib olmaq uğrunda mübarizə aparır.
Sahibə müəllim fəaliyyətinə görə 2023- cü ildə Elm və təhsil Nazirinin Fəxri Fərmanı ilə mükafatlandırılıb.
2024 -cü ildə Elm və təhsil Nazirliyinin “Qabaqcıl müəllim,, döş nişanı ilə mükafatlandırılıb.
2024 cu ildə Mərkəzi Aran Regional Təhsil İdarəsinin Təşəkkürnaməsi ilə mükafatlandırılıb.
1989- cu ildə Ailə qurub və 2 oğul anasıdı.
Elm Və Təhsil İşçiləri Həmkarlar İttifaqı adından müəllimə uğurlar arzulayırıq.



