“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Mükafatlandırılma mərasimi keçirilib

11/09/2025, 16:41
xeber1

Mükafatlandırılma mərasimi keçirilib


Salyanda müsabiqə, olimpiada qaliblərinin, eyni zamanda ali təhsil müəssisələrinə qəbul imtahanında ən yüksək nəticə göstərən məzunların mükafatlandırılma mərasimi keçirilib.

11 sentyabr 2025-ci il tarixində Şirvan-Salyan Regional Təhsil İdarəsinin təşkilatçılığı və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Rayon Komitələrinin dəstəyi ilə Salyan rayonunda regionun əhatə etdiyi rayon və şəhərlərin ümumtəhsil müəssisələrində 2024/2025-ci tədris ilində Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasında, Respublika fənn müsabiqəsində, Respublika fənn olimpiadasında, "Ən yaxşı təqdimat" müsabiqəsində, Beynəlxalq STEAM Azərbaycan festivalında, "Sabahın alimləri" XIV Respublika Layihə Müsabiqəsində uğur qazanmış, müxtəlif idman yarışlarında əhəmiyyətli müsabiqə, olimpiadaların qaliblərinə, onların müəllimlərinə, eyni zamanda ali təhsil müəssisələrinə qəbul imtahanlarında 600 baldan yüksək nəticə göstərmiş məzunlara həsr olunan mükafatlandırılma mərasimi keçirilmişdir.

  Mərasimdə Təhsil İdarəsinin müdiri Rəşad Musayev, rayon təhsil sektorlarının müdirləri, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Biləsuvar, Hacıqabul, Neftçala, Salyan, Şirvan Rayon Komitələrinin sədrləri, qabaqcıl müəllimlər, tələbə adını qazanmış məzunlar və şagirdlər iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanmışdır.


Çıxış edən İdarə müdiri Rəşad Musayev təhsil işçiləri adından gələn qonaqları salamlayaraq regional təhsil idarəsini əhatə edən 1 şəhər və 4 rayonun ümumi təhsil müəssisələrində 2024/2025-ci tədris ilində şagird və məzunlarımızın əldə etdiyi nailiyyətlərdən danışıb. Həmçinin idarə müdiri ali təhsil müəssisələrinə qəbul imtahanında 600 baldan yüksək nəticə göstərən, eyni zamanda olimpiada və müsabiqələrdə, müxtəlif respublika və beynəlxalq əhəmiyyətli yarışlarda qalib olan şagird və məzunları, onların valideynlərini və müəllimlərini təbrik edərək uğurlar arzulayıb.

 ETİHİ Salyan Rayon Komitəsinin sədri Aynur Əsgərova Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı adından tədbir iştirakçılarını salamlayıb, tələbə adını qazanmış bütün gəncləri təbrik edərək, onlara yeni təhsil pilləsində daha böyük nailiyyətlər arzulayıb. Daha sonra sədr ittifaq üzvlərinin əmək , sosial və digər hüquqlarından danışaraq, ETİHİ tərəfindən onların müalicə və istirahəti üçün yaradılmış şəraitdən bəhs edib, təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Pashayev cənablarına dərin təşəkkürünü bildirib.

Daha sonra çıxış edənlər qazandıqları yüksək nəticələrə görə məzunları , onların uğurlarında pay sahibi olan müəllimlərini və valideynlərini təbrik edərək, ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan danışıblar.


Tədbirdə sözügedən müsabiqə və olimpiadaların qaliblərinə, eyni zamanda 600 baldan yüksək nəticə göstərən məzunlara hədiyyələr təqdim olunub, 2024/2025-ci tədris ilində nailiyyətləri ilə seçilən müəllimlər isə "Fəxri Fərman"la təltif olunublar.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: