Xəbərlər
Müqəddəs Qurban bayramı münasibətilə DŞRTİ İsmayıllı Rayon Sektorunun müdiri Rəşid Məmmədli ilə birgə şəhid ailələrini ziyarət edib Həmkarlar İttifaqının bayram paylarını təqdim etdik.

Müqəddəs Qurban bayramı münasibətilə DŞRTİ İsmayıllı Rayon Sektorunun müdiri Rəşid Məmmədli ilə birgə şəhid ailələrini ziyarət edib Həmkarlar İttifaqının bayram paylarını təqdim etdik.
Sonuncu dayanacağımız Vətən müharibəsinin şəhidi Həsən Abdullayevin ailəsi oldu. Qapıya şəhidimizin atası hörmətli Aydın dayı çıxaraq evə dəvət etdi. İsrarla oturmayacağımızı dedikdə "Nə danışırsız, çay içməmiş sizi hara buraxıram" deyib süfrə arxasına dəvət etdi.
Aydın dayı çox pozitiv, nikbin, səmimi və bir o qədərdə mərd adamdır. Şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbində işləyir. Xeyli söhbət edib dərdləşdik, bayramlaşdıq.
Aydın dayı Kəlbəcərdən məcburi köçkün düşüb, 30 ildən artıqdır ki, rayonumuzda yaşayır. Camaatımızdan, xüsusilə rayon rəhbəri hörmətli Nahid müəllimdən razılıq etməsi, xoş sözlər deməsi bayram əhvalımıza əlavə əhval qatdı.
Aydın dayının timsalında şəhid ailələri başda olmaqla xalqımızı və bütün müsəlman dünyasını bir daha Müqəddəs Qurban bayramı münasibətilə təbrik edir, can sağlığı arzulayır, göstərdikləri diqqət və qayğıya görə rayon İcra Hakimiyyətinin başçısı cənab Nahid Bağırova və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri cənab Araz Paşayevə rayonumuzun təhsil ictimaiyyəti adından minnətdarlığımızı bildiririk.
Bayramınız mübarək olsun.



