“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Müqəddəs Qurban bayramı münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kürdəmir Rayon Komitəsi tərəfindən rayonun təhsil müəssisələrində çalışan şəhid ailələri və Qarabağ müharibəsi veteranları ilə görüş keçirilmişdir.

26/05/2026, 17:57
xeber1

Müqəddəs Qurban bayramı münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kürdəmir Rayon Komitəsi tərəfindən rayomum Möhübbət Əzimov adına Atakişili kənd tam orta məktəbinin akt zalında rayonun təhsil müəssisələrində çalışan şəhid ailələri və Qarabağ müharibsəi veteranları ilə görüş keçirilmişdir.Tədbirdə çıxış edən ETİHİ Kürdəmir Rayon Komitəsinin sədri Samir Şükürov şəhid ailələri və veteranları müqəddəs Qurban bayramı münasibətilə təbrik edərək, təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılması, onların sosial-iqtisadi problemlərinin diqqətdə saxlanılması prioritet məsələlərdən biridir.

Tədbirdə qonaq qismində çıxış edən Rayon Təhsil Sektorunun müdiri Rəfail Məmmədov öz çıxışında vurğulanmışdır ki,rayonun təhsil müəssisələrində çalışan şəhid ailələri Qarabağ müharibəsi veteranları və daim rayon təshil sektoru və ETİHİ Kürdəmir rayon komitəsinin daim diqqət mərkəzindədirlər.Sonda Müqəddəs Qurban bayramı münasibətilə öz təbriklərin bildirmişdir.

Tədbirin sonunda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kürdəmir Rayon Komitəsi tərəfindən şəhid ailələri ,Qarabağ qaziləri və müharibə iştirakçılarına rayonda fəaliyyət göstərən market şəbəkələrindən birinə aid alış-veriş kartı təqdim edilmişdir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: