Xəbərlər
Müqəddəs Ramazan ayı

14.03. 2026 cı il tarixdə Elm və Təhsil İşçiləri Həmkarlar İttıfaqı Ağcabədi Rayon Komitəsinin üzv təşkilatı ,Vaqif Cəfərov adına Təzəkənd kənd tam orta ümumtəhsil məktəbinin həmkarlar təşkilatının sədri Vəliyeva Sahibə Aydın qızının təşkilatçılığı ilə ittifaq üzvülırinin,Müqəddəs Ramazan ayında Şəki-Qax şəhərlərinə turu təşkil olundu.
Tədbirin keçirilməsində məqsəd Vaqif Cəfərov adına Təzəkənd kənd tam orta ümumtəhsil məktəbinin ittifaq üzvləri arasında həmrəyliyin və birliyin daha da möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin təbliği və qarşılıqlı ünsiyyətin inkişaf etdirilməsi idi.
Məktəb kollektivində ittifaq üzvü olan şəhid anaları, şəhid və qazi ailələrinin üzvləri, məktəb direktoru , eləcə də təşkilat üzrə həmkarlar ittifaqı üzvüləri iştirak edirdilər.
Tədbir iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrinə öz dərin minnətdarlıqlarını ifadə etdilər.








