Xəbərlər
Müqəddəs ramazan bayramı münasibətilə açılan bayram süfrələri Şəki Qax şəhərlərində təşkil olundu.

Elm və Təhsil İşçiləri Həmkarlar İttıfaqı Ağcabədi Rayon Komitəsi, Hacıbədəlli kənd tam orta ümumtəhsil məktəbinin Həmkarlar Təşkilatı üzvüləri,mədəni kütləvi tədbirlərin təşkili,müqəddəs ramazan bayramı münasibətilə açılan bayram süfrələri Şəki Qax şəhərlərində təşkil olundu.
Həmkarlar İttifaqı üzvülərinin asudə vaxtını daha səmərəli təşkili, müasir memarlıq, infrastrukturun yenilənməsi və tarixi irsin qorunmasına dair gedən möhtəşəm işlərlə tanış olmaq,milli dəyərlərimizi təbliğ etməkdir.
Təşkil edilən tədbirdə Hacıbədəlli kənd tam orta ümumtəhsil məktəbinin kollektivi və yeni təyin edilən gənc direktoru Əliyev Anar Araz oğlu üçün həmkarlar komitəsi tərəfindən edilən böyük stimuldu. Yeni təyin edilən direktora işlərində uğurlar diləyirik.
Məktəb Həmkarlar təşkilatının sədri Qurbanov Cəfər Səfər oğlunun il boyu müəllimlərə göstərdiyi diqqət və ədalətli qərarları kollektivdə hörmətlə qarşılanır
Ağcabədi Rayon Həmkarlar İttifaqı üzvüləri, göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrinə dərin minnətdarlıqlarını ifadə etdilər.









