Xəbərlər
Müsabiqə qalibləri və onların müəllimləri mükafatlandırılıb.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin yarımfinal mərhələsinin qaliblərinin, “Zəkaların mübarizəsi” olimpiadasının yarımfinal mərhələsinin qaliblərinin, “Heydər Əliyev irsi” adlı bilik yarışının zona üzrə qaliblərinin, “Sabahın alimləri” layihə müsabiqəsinin qaliblərinin və “Mən fəxr edirəm ki, azərbaycanlıyam” III Beynəlxalq folklor, rəqs və yaradıcılıq festivalının qaliblərinin və onların müəllimlərinin mükafatlandırılması məqsədilə tədbir keçirilib.
Tədbirdə çıxış edən Samux rayonu üzrə təhsil sektorunun müdiri və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Samux Rayon Komitəsinin sədri müsabiqə və olimpiada hərəkatının gənclərin potensialının üzə çıxarılmasındakı rolunu vurğulayıb, xüsusi istedadı ilə seçilən şagirdlərin ölkəmizin elmi gələcəyi olduğunu qeyd ediblər. Bildirilib ki, bu uğurun arxasında şagirdlərin sonsuz əzmi ilə yanaşı, onlara doğru yol göstərən, gecəsini gündüzünə qatan müəllimlərin böyük əməyi dayanır.
Daha sonra qalib olan şagirdlərə və onların hazırlıq prosesində müstəsna xidmətləri olan müəllimlərə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.



