Xəbərlər
“Musiqi fənn üzrə sinif konserti və Riyaziyyat fənni” gecəsi keçirilib.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində Pərviz Osmanov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində “Musiqi fənn üzrə sinif konserti və Riyaziyyat fənni” gecəsi keçirilib. Tədbirdə Qəbələ Təhsil Sektorunun müdiri Arifə Bayramova, Həmkarlar İttifaqının Qəbələ Rayon Komitəsinin sədri Camal Qurbanov iştirak ediblər.Gecədə şagirdlər tətəfindən musiqi nömrələri, riyazi məntiqə əsaslanan təqdimatlar və müxtəlif səhnəciklər nümayiş olunub. Tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, fənlərə marağın artıtılması və Ümummilli Liderin zəngin irsinin gənc nəsilə təbliğ olunmasıdır.


















