Xəbərlər
Musiqi Günü qeyd edildi

18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.
Milli Musiqi Günü Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli XVll Beynəlxalq Musiqi festivalı ilə əlaqədar dahi bəstəkarın 140 illiyi ölkəmizin müxtəlif şəhərlərində, eləcə də azad Xankəndi və Şuşada təntənəli konsert tədbirləri ilə qeyd olunur.
Bakı Musiqi Akademiyasının qarşısında, dahi bəstəkarın heykəlinin ətrafında 18 sentyabr tarixində ənənəvi tədbir keçirildi. Tədbirdə dəvət olunan qonaqlar, Akademiyanın və Həmkarlar İttifaqı Komitəsinin rəhbərliyi,professor-müəllim həyəti və tələbələr iştirak etdi. Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Müdafiə Nazirliyinin Estrada Orkestri və Azərbaycan Dövlət Xor Kapellasının ifasında musiqi nömrələri təqdim edildi.









