“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Musiqi Kollecində narkomaniyaya qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib

30/10/2026, 17:05
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Nəsimi Rayon Komitəsinin üzv təşkilatı olan Azərbaycan Milli Musiqi Konservatoriyası nəzdində Musiqi Kollecinin PHŞ-də “Narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir təşkil olunub.


Tədbirdə kollecin rəhbəri Səbinə Mehtiyeva, müəllim və tələbə heyəti, qonaqlar Kəmalə Ələkbərova, Fidan Ataxanlı, Aqil Quliyev, həmçinin ETİHİ Nəsimi Rayon Komitəsinin nümayəndəsi iştirak ediblər.


Tədbiri giriş sözü ilə açan kollecin rəhbəri Səbinə Mehtiyeva narkomaniyanın cəmiyyətin sağlamlığına, xüsusilə də gənc nəslin gələcəyinə ciddi təhlükə yaratdığını vurğulayıb. O, bu kimi maarifləndirici görüşlərin tələbələrin sağlam həyat tərzinə təşviq olunması, zərərli vərdişlərdən uzaq durması və məsuliyyətli vətəndaş kimi formalaşması baxımından əhəmiyyətini qeyd edib.


Çıxış edən qonaqlar narkotik vasitələrin insan sağlamlığına və psixoloji vəziyyətinə vurduğu zərərlər, onun sosial fəsadları, narkotik asılılığının yaranma səbəbləri və bu təhlükədən qorunma yolları barədə fikirlərini bölüşüblər. Onlar xüsusilə gənclərin bu məsələdə diqqətli və ayıq-sayıq olmasının, yanlış seçimlərdən uzaq durmasının vacibliyini diqqətə çatdırıblar.


Çıxışlarda narkomaniyaya qarşı mübarizənin yalnız ayrı-ayrı qurumların deyil, bütövlükdə cəmiyyətin ortaq məsuliyyəti olduğu vurğulanıb. Gənclərə sağlam həyat tərzini seçmək, asudə vaxtlarını səmərəli keçirmək, təhsilə, yaradıcılığa və özünüinkişafa üstünlük vermək tövsiyə olunub.


Tədbir çərçivəsində mövzu ətrafında fikir mübadiləsi aparılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb. Bildirilib ki, bu istiqamətdə maarifləndirmə işlərinin davamlı təşkili gənclərin zərərli vərdişlərdən qorunması və sağlam cəmiyyətin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.


Sonda belə görüşlərin tələbələrin dünyagörüşünün genişlənməsinə, narkomaniyanın fəsadları barədə məlumatlılığının artırılmasına və sağlam gələcək naminə düzgün seçim etmələrinə töhfə verdiyi qeyd olunub.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: