“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

"Müstəqilliyin memarı-103"

08/05/2026, 10:27
xeber1

Şəki Şəhər Heydər Əliyev Mərkəzində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsi,Şəki-Zaqatala Regional Təhsil İdarəsinin və Şəki rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Müstəqilliyin memarı – 103” adlı tədbir keçirilib.


Tədbirdə ETİHİ Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin İnzibati-təşkilat sektorunun müdiri Rauf Əsədov, Şəki rayonu üzrə təhsil sektorunun müdiri Zamiq Cəbiyev, MİHİ Şəki Şəhər Komitəsinin sədri Nəzakət Əliyeva, Şəki Dövlət Regional Kollecinin direktoru Sərdar Şərifov, şəhid anaları, qazi və veteran təhsil işçiləri, məktəb direktorları, mədəniyyət işçiləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə qonaqlar tərəfindən Ulu Öndər Heydər Əliyevin Şəki şəhərində yerləşən abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb. Daha sonra təhsil işçilərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.


Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.


Tədbirdə çıxış edən Ziyafət Xasiyeva, Rauf Əsədov, Zamiq Cəbiyev və İbrahimkənd tam orta ümumtəhsil məktəbinin direktoru vətən müharibəsi qazisi Cəlal Bayramov Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsindən, uzaqgörən dövlətçilik siyasətindən, yüksək idarəçilik bacarığından bəhs ediblər. Bildirilib ki, Ulu Öndərin əsasını qoyduğu siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Çıxışlarda Ali Baş Komandanın qətiyyəti və rəşadətli Ordumuzun şücaəti nəticəsində torpaqlarımızın işğaldan azad olunması xüsusi vurğulanıb.


Tədbirin bədii hissəsində məktəblilər və mədəniyyət işçiləri tərəfindən Ulu Öndər Heydər Əliyevə həsr olunmuş mahnılar, şeirlər və ədəbi-bədii kompozisiyalar təqdim olunub.


Sonda ETİHİ Şəki Şəhər Komitəsinin fəaliyyət planına uyğun olaraq ittifaq üzvləri arasında keçirilən Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş şahmat, bədii qiraət, rəsm,atıcılıq və voleybol yarış və müsabiqələrinin qalibləri Fəxri Fərman və hədiyyələrlə mükafatlandırılıblar.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: