“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

N. Allahverdiyev adına Ağcabədi Peşə Məktəbində Məzun Günü qeyd olundu.

30/06/2026, 10:27
xeber1

N. Allahverdiyev adına Ağcabədi Peşə Məktəbində məzun günü münasibətilə təntənəli tədbir keçirildi.

Tədris ilini yüksək nailiyyətlərlə başa vuran məktəbin direktoru Fərrux Rəhimli çıxış edərək bildirdi ki, peşə məktəbi gənclərə yalnız peşə bilik və bacarıqları qazandırmır, eyni zamanda onların yaradıcılıq potensialının və estetik zövqünün formalaşmasına da xüsusi önəm verir. Bu məqsədlə müəllim və tələbələrin birgə hazırladığı əl işləri və yaradıcılıq nümunələrindən ibarət sərgi qonaqlar tərəfindən böyük maraqla qarşılandı.

Tədbirdə şəhid anaları Zülfiyyə xanım və Məlahət xanım da iştirak edirdilər. Qeyd olundu ki, onların övladları ilk peşə təhsillərini məhz bu təhsil ocağında alıblar.

Elm bə Təhsil İşçıləri Həmkarlar İttifaqı Ağcabədi Komitəsinin sədri məzunlara gələcək həyatlarında uğurlar arzuladı peşə təhsilinin ölkənin inkişafı üçün ixtisaslı kadrların hazırlanmasında mühüm rol oynadığı vurğuldı.

Tədbir məzunların bədii çıxışları və xatirə şəkillərinin çəkilməsi ilə başa çatdı.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: